Sayt hazırlanma mərhələsindədir.

Müəlliflər üçün

Məqalələrə dair ümumi tələblər

“Azərbaycan Tarixşünaslığı (Elmi əsərlər)” jurnalına məqalələrin təqdim olunması qaydaları



Jurnalın istiqaməti

“Azərbaycan Tarixşünaslığı (Elmi əsərlər)” jurnalında Azərbaycan və dünya tarixşünaslığı, tarix elminin metodologiyası, mənbəşünaslıq və bu sahələrlə əlaqəli elmi istiqamətlər üzrə aparılan orijinal elmi tədqiqatların nəticələrini əks etdirən məqalələr dərc olunur.


Məqalələrin dili

Jurnala təqdim olunan materiallar Azərbaycan, ingilis və rus dillərində qəbul edilir.


Elmi yenilik və aktuallıq

Jurnala təqdim edilən məqalələr elmi yenilik ehtiva etməli, müasir elmi tələblərə cavab verməli və nəzəri və ya praktiki əhəmiyyətə malik olmalıdır.


Rəy proseduru

Məqalə müəllifin çalışdığı elmi və ya ali təhsil müəssisəsinin müvafiq şöbəsində (kafedrasında) müzakirə olunmalı və müsbət rəy almalıdır. Bundan sonra məqalə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurasına təqdim edilir. Elmi Şuranın müsbət rəyindən sonra məqalə nəşrə tövsiyə olunur.


Məqalənin həcmi

Məqalənin ümumi həcmi A4 formatında 8–12 səhifə olmalıdır. Bu həcmə şəkillər, cədvəllər, qrafiklər, əlavələr, ədəbiyyat siyahısı və xülasələr də daxildir.


Texniki tələblər

Məqalə aşağıdakı texniki tələblərə uyğun hazırlanmalıdır:

  • Proqram: Microsoft Word
  • Şrift: Times New Roman
  • Şrift ölçüsü: 12 pt
  • Sətirarası interval: 1,15
  • Səhifə formatı: A4

Materialların təqdim edilməsi

Materiallar çap olunmuş formada elektron daşıyıcı ilə birlikdə və ya elektron poçt vasitəsilə təqdim edilə bilər.


Elektron təqdimat

Məqalələr aşağıdakı elektron poçt ünvanına göndərilə bilər: 

az.historigraphy@gmail.com


Redaksiyanın hüquqları

Redaksiya təqdim edilən materialların elmi və texniki redaktəsini aparmaq, həmçinin jurnalın tələblərinə uyğun olmayan məqalələri geri qaytarmaq hüququnu özündə saxlayır.



Məqalənin strukturu

Məqalənin strukturu ilə aşağıdakı linkdən nümunəni yükləyərək tanış ola bilərsiniz
Yükləmə linki